» » Erməni deputat Azərbaycanı dəstəklədi

Erməni deputat Azərbaycanı dəstəklədi

Erməni deputat Azərbaycanı dəstəklədi

Yesayan Türkiyəni təmsil edir.

Avropa Şurası Parlament Assambleyasında Türkiyəni təmsil edən erməni deputat Markar Yesayan yanvarın 26-da AŞPA-nın qış sessiyasında Azərbaycanın xeyrinə olan məruzələrin qəbulunun lehinə səs verib, ucarliyiq.biz news.am-a istinadən xəbər verir. 

Qeyd edək ki, bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanla bağlı məruzə qəbul olunub.

Militsa Markoviçin müəllifi olduğu “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzə səsə qoyularaq qəbul edilib.