» » Türkiyə Suriya üzrə danışıqları boykot edə bilər

Türkiyə Suriya üzrə danışıqları boykot edə bilər

Türkiyə Suriya üzrə danışıqları boykot edə bilər

Çavuşoğlu bəyanat verib.

Rəsmi Ankara PYD (PKK terror təşkilatının Suriya qolu) Suriya üzrə danışıqlara dəvət olunarsa, görüşü boykot edəcək.

ucarliyiq.biz-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu barədə ölkənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“PYD danışıqlarda hansı qismdə iştirak edəcək? Terror təşkilatı xalqı təmsil edə bilərmi? Bu danışıqlar müxalifət və rejim arasında keçirilir. Burada terror təşkilatları iştirak edə bilməz. Bundan əvvəl PYD-nin danışıqlara dəvət olunmayacağı bildirilirdi. Əgər PYD-ni Cenevrə danışıqlarına dəvət ediblərsə, biz, əlbəttə ki, görüşü boykot edəcəyik”, - Türkiyə XİN rəhbəri bildirib.