» » Dünya Bankı neftin qiyməti üzrə proqnozu aşağı saldı

Dünya Bankı neftin qiyməti üzrə proqnozu aşağı saldı

Dünya Bankı neftin qiyməti üzrə proqnozu aşağı saldı

“Neftin qiymətinin ucuzlaşması hələ bir müddət davam edəcək”.

Dünya Bankı bu il ərzində neftin 1 barrelinin orta qiyməti üzrə proqnozunu 37 dollaradək endirib. 

ucarliyiq.biz verir ki, bu barədə bankın açıqladığı hesabatda deyilir.
 
Qeyd edək ki, Dünya Bankının bundan öncə açıqladığı proqnoza bu rəqəm 51 dollar təşkil edib.
 
Proqnozun dəyişməsinə səbəb İran neftinin bazara daxil olması, xərclərini azaldan və effektivliyini artıran ABŞ istehsalçılarının dayanıqlılığını artırmasıdır.

Bununla yanaşı, proqnoza inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf perspektivlərinin zəif olması da təsir edib.

“Neftin qiymətinin ucuzlaşması hələ bir müddət davam edəcək”, - Dünya Bankının baş iqtisatçısı Con Baffer deyib.