» » Səudiyyə Ərəbistanı Gürcüstan istehsalı olan zirehli maşınlar alacaq

Səudiyyə Ərəbistanı Gürcüstan istehsalı olan zirehli maşınlar alacaq

Səudiyyə Ərəbistanı Gürcüstan istehsalı olan zirehli maşınlar alacaq

Tədarük haqqında müqavilə tərtib edilib.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin elan etdiyi tenderdə Gürcüstanın dövlət hərbi mərkəzi “Delta”da istehsal edilən zirehli maşın qalib gəlib.

ucarliyiq.biz xəbər verir ki, “Kvira” informasiya portalının eksklüziv məlumatına görə, artıq Gürcüstanla Səudiyyə Ərəbistanı arasında müasir zirehli tibbi-təxliyyə avtomobilinin tədarükünə dair müvafiq saziş imzalanıb.

Müqavilə nəticəsində Səudiyyə Ərəbistanı Gürcüstana 90 milyon lari (60 milyon dollar) ödəyəcək.

Yoxlamada “Oshkosh”, “Streit Group”, AIG, “Steyr” və “Lenco bearcat” kimi şirkətlərin 6 ədəd zirehli avtomobilləri iştirak edib.

Artıq tərtib edilmiş müqavilədə nəzərdə tutulmuş sazişin əldə edilməsindən sonra, “Delta” Səudiyyə Ərəbistanı Krallığının quru qoşunları ilə əməkdaşlığa davam edəcək və onlara bir neçə yüz müxtəlif təyinatlı zirehli maşın tədarük edəcək.