» » Ruhani Fransaya iki günlük səfər edəcək

Ruhani Fransaya iki günlük səfər edəcək

Ruhani Fransaya iki günlük səfər edəcək

İtaliyadan Parisə yola düşəcək

İran prezidenti Həsən Ruhani çərşənbə günü Parisə iki günlük səfərə yola düşəcək, ucarliyiq.biz xəbər verir.

Ruhani ölkə prezidenti və baş nazir ilə görüş keçirdiyi, eləcə də Vatikanda Roma Papası Fransiskin qəbulunda olduğu İtaliyadan Fransa paytaxtına yola düşəcək.

Ruhaninin Fransaya səfəri ilkin olaraq 2015-ci il 16-18 noyabr  tarixinə planlaşırılmışdı, amma bu səfər 130 nəfərin həlak olduğu və Parisi silkələyən silsilə terror aktlarına görə təxirə salındı.

Yanvar ayının 16-da İrana qarşı tətbiq edilmiş sanksiyaların əksəriyyəti ləğv edildi, həmin gün Beynəlxalq Atom energetika agentliyi ölkə hakimiyyətinin nüvə potensialını azaltmaq üçün uzun danışıqlar yolu ilə hazırlanmış proqramı həyata keçirməyə hazır olmasına dair hesabat təqdim etdi.

Ruhaninin 25-26 yanvar tarixlərində İtaliyaya səfəri zamanı ölkə ümumi dəyəri 15-17 milyard avro olan, bir sıra ticarət, o cümlədən də neft kəmərinin inşasına dair müqavilələr imzalayıb. Ruhaninin Avropa səfərinin Paris mərhələsində də İran üçün mühüm olan işgüzar razılaşmaların imzalanması gözlənilir.