» » Ottava Tehranda səfirliyini açacaq

Ottava Tehranda səfirliyini açacaq

Ottava Tehranda səfirliyini açacaq

Kanada İrana qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyə hazırlaşır.

Kanada hökuməti İrana qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməyə, eləcə də Tehranda səfirlik açmağa hazırlaşır.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Kanadanın xarici işlər naziri Stefan Dion bildirib.

“Doğrudur, BMT ölkələrdən (İrana qarşı) İran İslam Respublikasının hərbi məqsədlə nüvə silahından istifadə etməsinə yol verməmək üçün tətbiq edilmiş sanksiyaları ləğv etməyi xahiş edib”, - o, deyib.

“Kanada sanksiyaları ləğv edəcək, amma insan haqları üçün təhlükə doğuran və müttəfiqlərimizin dostu olmayan rejimə qarşı müəyyən inamsızlıq nümayiş etdirəcək”, - Dion vurğulayıb.

Onun sözlərinə görə, sanksiyaların ləğv edilməsi Kanadanın müttəfiqləri ilə əlaqədə həyata keçirilir.

Bundan başqa nazir qeyd edib ki, Ottava Tehranda səfirliyini açacaq, amma zamanı dəqiqləşdirməyib.

Kanada İrandakı diplomatik nümayəndəliyini 2012-ci ildə bağlayıb və iranlı diplomatları Ottavadan göndərib. İrana qarşı sanksiyaları Kanada 2010-cu ildən tətbiq edir.

Sanksiyalar, əsasən İİR-na nüvə, raket və hərbi məmulatların ixracını, qaz, neft və neft-kimya sənayesinə birbaşa investisiyaları, neft-emalı məmulatlarının ixracını qadağan edir.