» » Respublikanın avtomobil yollarında – SON VƏZİYYƏT

Respublikanın avtomobil yollarında – SON VƏZİYYƏT

Respublikanın avtomobil yollarında – SON VƏZİYYƏT

“Gücləndirilmiş iş rejimində çalışırıq.”

Hal-hazırda respublikanın avtomobil yollarında, o cümlədən Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub”.

Bu barədə ucarliyiq.biz-a "Azəryolservis" ASC-dən məlumat verilib.

“Yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz, qum səpilməsi məqsədi ilə "Azəryolservis" ASC-nin texnika, maşın-mexanizmləri səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışırlar. 

Dağlıq ərazilərdə hələ də qarın yağması davam etdiyindən və güclü şaxta olduğundan yollarda nəqliyyatın təmin olunmuş normal hərəkətinin fasiləsizliyini saxlamaq məqsədi ilə dayanmadan işlər davam etdirilir”, - deyə məlumatda bildirilir.