» » İran Avropaya qaz tədarükünə başlayacaq

İran Avropaya qaz tədarükünə başlayacaq

İran Avropaya qaz tədarükünə başlayacaq

Tehran bir neçə Avropa şirkəti ilə danışıqlar aparır.

İran iki il sonra Avropaya qaz tədarükünə başlamağı planlaşdırır. Bu barədə The Wall Street Journal-a istinadən Rambler News Service məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, nəşr İranın dünyada ən iri təbii qaz ehtiyatlarına sahib olduğunu, amma ölkədə lazımi ixrac strukturunun mövcud olmadığını yazır. Bununla əlaqədar İslam Respublikasının bir neçə variantı mövcuddur.

National Iranian Gas şirkətinin rəhbəri Alireza Kameli bildirib ki, layihələrdən biri Iran LNG-nin inşaat işlərinin bərpasıdır.

Bu, İrana qarşı 2012-ci ildə sanksiyaların sərtləşdirilməsi dövründə tikintisinin 40%-nin başa çatdığı təbii qaz terminalıdır.

Digər variant, İran körfəzinin dibi ilə Avropaya yanacaq tədarükü infrastrukturuna malik olan Omana qədər boru kəmərinin tikilməsidir. Kameli Omanın boru kəmərinin iki il ərzində tikilməsinə razılaşdığını bildirib.  

Bundan başqa, Tehran bir neçə Avropa şirkəti ilə (məsələn, Golar LNG) maye qaz üçün dəniz terminallarının inşaatına dair danışıqlar aparır.

Alireza Kameli bəyan edib ki, bu layihənin həyata keçirilməsi üçün iki ildən az vaxt tələb edilir.