» » Goldman Sachs Brent neftinə olan proqnozu azaltdı

Goldman Sachs Brent neftinə olan proqnozu azaltdı

Goldman Sachs Brent neftinə olan proqnozu azaltdı

Brent və WTI arasında qiymət fərqi azaldı.

Goldman Sachs investisiya bankı fundamental bazar korrektələrinin gözlənilməsi fonunda Brent markalı neftin 2016-2018-ci illər üçün qiymətinə dair proqnozu azaltdı, Bloomberg məlumat yayıb.

ucarliyiq.biz RNS-ə istinadən xəbər verir ki, Brent markalı neftin 2016, 2017 və 2018-ci illər üçün qiymətinin proqnozu bir barel üçün müvafiq olaraq 45, 62 və 63 dollara qədər azaldılıb. Daha öncə analitiklər qiymətləri 50, 65 və 65 səviyyəsində gözləyirdilər.  

WTI neftinin qiymətinə dair porqnoz olduğu kimi qalıb: bir barel üçün müvafiq olaraq 45, 60 və 60 dollar.

Beləliklə, Brent və WTI arasında qiymət fərqi gözəçarpacaq dərəcədə azaldı. Bu, ABŞ-da neft istehsalının azaldılmasının, OPEK ölkələrindən tədarükün dayanıqlığının, xam neftin ixracına qoyulan qadağanın ləğv edilməsinin və ABŞ-ın boru kəmər infrastrukturunun zənginliyinin nəticəsidir, Goldman Sachs agentliyi hesabata istinadən yazır.