» » Hər bir amerikan ailəsi dünyaya 70 min dollar borcludur

Hər bir amerikan ailəsi dünyaya 70 min dollar borcludur

Hər bir amerikan ailəsi dünyaya 70 min dollar borcludur

Dövlət borcu 20 trilyon dollara çatacaq.

Barak Obamanın yeddi illik prezidentliyi dövründə ABŞ-ın dövlət borcu 8,3 trilyon dollar artaraq 18,9 trilyon dollara çatıb. Bu məbləği ölkədəki ev təsərrüfatları arasında böldükdə amerikalı ailələrin borc yükü 70 min dollara çatır.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, müvafiq məlumatı Amerikanın CNS News agentliyi yayıb.

Bununla yanaşı Corc Buş-kiçiyin hakimiyyətdə olduğu dövrdə, müvafiq göstəricilər 4,9 trilyon 44 min dollar artıb.

Agentlik həmçinin son 15 ildə ABŞ-ın milli borcunun 13,2 trilyon dollar artdığını yazır. Bunu ailələrə görə hesabladıqda hər ailəyə 112 min dollar düşür.

2015-ci ilin noyabr ayının 2-də Obama hökumət üçün rüsumların həcminin artırılmasını təsdiqləyib.

Amerika hökuməti kreditin ən yüksək həcmi məsələsinə 2017-ci ildə baxmağı planlaşdırır. Ehtimal edilir ki, həmin məqamda dövlət borcunun həcmi 20 trilyon dollara çatacaq.