» » ABŞ Rusiya istehsalı olan raket mühərriklərindən imtina etməyə çağırdı

ABŞ Rusiya istehsalı olan raket mühərriklərindən imtina etməyə çağırdı

ABŞ Rusiya istehsalı olan raket mühərriklərindən imtina etməyə çağırdı

Rusiya səfirliyinin nümayəndəsi şərh verməkdən imtina edib.

Respublikaçı Kevin Makkarti və senator Con Makkeyn çərşənbə günü Rusiya istehsalçısı “Enerqomaş QHT”-nin istehsalı olan RF-180 raket mühərriklərinin məhdudsuz sayda alınmasına icazə verən qanunun ləğv edilməsi təşəbbüsü ilə çıxış ediblər, Daily Mail məlumat yayıb.

“Rusiyanın Ukraynaya intervensiyasını subsidiyalaşdırmaq mənəviyyatsızlıqdır”, - nəşr Makkeynin sözlərindən sitat gətirib.

ucarliyiq.biz RNS-ə istinadən xəbər verir ki, nəşrin məlumatına görə, Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat katibi Yuri Melnikin bu məsələyə dair şərh verməkdən imtina edərək, Rusiyanın bu qəbildən olan müzakirələri ABŞ-ın daxili işi hesab etdiyini qeyd edib.

2015-ci ilin dekabr ayında “Roskosmos” 2019-cu ilə qədər ABŞ-a 20 ədəd RD-180 raket mühərrikinin tədarükünə dair yeni müqavilə barədə məlumat yayıb.

“2019-cu il də daxil olmaqla bu müddət ərzində “Enerqomaş QHT” ABŞ-a “Atlas-5” daşıyıcı raketin birinci mərhələsinin tərkibində istifadə edilməsi üçün 20 ədəd RD-180 raket mühərriki tədarük edəcək”, - məlumatda deyilir.

Müəssisənin məlumatına görə, “Enerqomaş QHT” və Amerikanın “RD Amros” şirkəti 2015-ci ilin dekabr ayında ABŞ-a mühərriklərin tədarükünə dair müqavilə üzrə əlavə saziş bağlayıblar.