» » Azərbaycan Gürcüstandan minaatan və qumbaraatan alıb

Azərbaycan Gürcüstandan minaatan və qumbaraatan alıb

Azərbaycan Gürcüstandan minaatan və qumbaraatan alıb

“Delta” mərkəzinin böyük sazişi barədə məlumat yayılıb.

Gürcüstanın “Delta” dövlət hərbi elmi-texniki mərkəzi 2015-ci ildə Azərbaycana minaatan və qumbaraatanlar, Misirə isə bir neçə zirehli inkassator maşını satıb.

ucarliyiq.biz “Qruziya Online” istinadən xəbər verir ki, “Delta” həmçinin Moldovaya dolu əleyhinə sistemlərin satışı barədə danışıqları başa çatdırır.

Qeyd edək ki, dünən “Delta”nın Səudiyyə Ərəbistanı ilə 100-dək artıq tibbi-təxliyə zirehli maşınlarının satışı barədə 100 milyon larilik (40 milyon dollar yaxın) müqavilə bağladığı məlum olub. 12 maşından ibarət ilk partiya yanvarın 30-da sifarişçiyə göndərilib.