» » Moldova Azərbaycana yeni səfirini göndərir

Moldova Azərbaycana yeni səfirini göndərir

Moldova Azərbaycana yeni səfirini göndərir

Nazirlər Kabinetinin qərarı ilə.

Moldova hökumətinin Pavel Filipin rəhbərliyi ilə dünən keçirilən iclasında doqquz ölkəyə yeni səfir təyin edilib. Bu ölkələr arasında Azərbaycanın da adı var.  

ucarliyiq.biz “Publika.MD”yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına görə, Azərbaycanda səfir vəzifəsinə George Leuke təyin edilib.

Bundan başqa, sabiq kənd təsərrüfatı naziri Vasili Bumakov Yaponiyada səfir vəzifəsinə təyin edilib, Ştefan Qordaya Bolqarıstanda, İnqa İonisiya Estoniyada, Yuri Renitse Belçikada, Dumitr Sokolan Portuqaliyada, Vitillie Rusu Çexiyada, Oleq Tsulya isə Macarıstanda diplomatik nümayəndəliklərin rəhbəri təyin ediliblər.

Moldovanın Azərbaycandakı səfiri İqor Bodiunun diplomatik missiyası keçən il başa çatıb.