» » Səudiyyə Ərəbistanı Rusiyaya neft hasilatını azaltmağı təklif edib

Səudiyyə Ərəbistanı Rusiyaya neft hasilatını azaltmağı təklif edib

Səudiyyə Ərəbistanı Rusiyaya neft hasilatını azaltmağı təklif edib

Tərəflər müxtəlif imkanları müzakirə edirlər.

Səudiyyə Ərəbistanı Rusiyaya neft hasilatını 5% (gün ərzində 0,5 milyon bareldən bir qədər artıq) azaltmağı təklif edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Qazeta.ru”ya neft istehsal edən ölkələrin danışıqlarından xəbərdar olan mənbə bildirib.

Hazırda tərəflər dünya bazarında təklifin azaldılmasının müxtəlif imkanlarını müzakirə edirlər, mənbə dəqiqləşdirir.

Daha öncə Səudiyyə Ərəbistanı neftin qiymətləri ilə vəziyyəti və hasilatın azaldılması imkanlarının müzakirəsi üçün OPEK-in görüşünün keçirilməsini təklif edib.