» » Ərdoğan prezident idarəçiliyinə keçmək istəyir

Ərdoğan prezident idarəçiliyinə keçmək istəyir

Ərdoğan prezident idarəçiliyinə keçmək istəyir

“Prezidentin yalnız simvolik rol oynaması ağlasığmazdır”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var. Bu konstitusiya isə prezident idarəçiliyinə keçmədən natamam olmayacaq, ucarliyiq.biz xəbər verir.

“Xalq tərəfindən seçilən prezidentin yalnız simvolik rol oynaması ağlasığmazdır. Türkiyənin yeni konstitusiyaya və prezident sisteminə ehtiyacı var. Bu sistem olmadan konstitusiya natamam olmayacaq, belə ki, parlament sistemi köhnəlib və narahatdır.

Bu məsələ üzrə qərarı parlament yox, xalq qəbul etməlidir”, - Ərdoğan Ankarada yeni konstitusiya üzrə forumda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, prezident sisteminə keçid məsələsi onun şəxsi ambisiya məsələsi deyil. Ərdoğan qeyd edib ki, yeni konstitusiya üzərində işdə ölkənin müxtəlif siyasi qüvvələrinin iştirakını gözləyir, əsas məsələlərdən biri isə hakimiyyətin bölünməsi məsələsi olacaq.

Daha öncə Ərdoğan hakimiyyətin yeni konstitusiya və 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yarandığı dövrdən ölkədə mövcud olan parlament idarəçilik sistemindən prezident idarəçilik sisteminə keçid üçün referendum keçirə biləcəyini bildirmişdi.

Müxalifət partiyaları prezident sisteminin əleyhinə çıxış edərək, Ərdoğanı avtoritarizmə can atmaqda ittiham edirlər.