» » DeLorean “zaman maşını”nın istehsalını bərpa edəcək

DeLorean “zaman maşını”nın istehsalını bərpa edəcək

DeLorean “zaman maşını”nın istehsalını bərpa edəcək

Avtomobilin yığılmasında orijinal detallardan istifadə ediləcək.

Amerikanın DeLorean şirkəti “Geriyə gələcəyə” filminin çəkilişlərində istifadə edilən DMC-12 modelinin istehsalını bərpa etməyə hazırlaşır. Bu barədə Click2Houston portalına şirkətin icraçı direktoru Stiven Uinn bildirib.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, hələ ki, söhbət geniş istehsalatdan getmir: ildə 300-dən çox avtomobil istehsalatı nəzərdə tutulur.

Avtomobilin yığılmasında 1980-ci ildə istehsal edilmiş orijinal detallardan istifadə ediləcək. Yekun qərarın ilin sonunda qəbul ediləcəyi gözlənilir.

DeLorean DMC-12 – Amerikanın DeLorean Motor Company avtomobil şirkəti üçün 1981-ci ildən 1983-cü ilə qədər Şimali İrlandiyada istehsal edilən idman avtomobilidir. DMC-12 modelində yuxarı açılan “qağayı qanadı” qapılardan istifadə edilib.

Avtomobilin fərqli cəhətlərindən biri də rənglənməmiş paslanmayan poladla üzlənmiş rama kuzovudur.