» » Femen Ruhanini asılmış fəal ilə qarşıladı - FOTO

Femen Ruhanini asılmış fəal ilə qarşıladı - FOTO

Femen Ruhanini asılmış fəal ilə qarşıladı - FOTO

Bu zaman o, əlillər evini ziyarət edib.

Femen fəalları Parisə səfərə gələn İran prezidentini asılma imitasiyası ilə qarşılayıblar. Bu haqda hərəkatın Twitter səhifəsində məlumat yayılıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, aksiya Parisdə körpülərin birində baş verib. Hərəkatın adı açıqlanmayan qolu altından keçirilmiş ipdən asılan yarıçılpaq iştirakçısını körpüdən endiriblər.

Onun boğazına yalançı ilmə keçirilmişdi, sinəsində isə İran bayrağı çəkilmişdi. Bundan başqa fəallar Sena üzərində ingilis dilində: “Ruhani, azadlıq cəlladı, xoş gəlmisən” yazılmış plakat asıblar. Polis aksiya iştirakçılarını saxlayıb.

Həsən Ruhani ona həsr edilmiş kompozisiyanı görməyib. O, bu an Fransanın xarici işlər naziri Loran Fabius ilə əlillər evini ziyarət edirdi.

Qeyd edək ki, bu, İran prezidentinin Fransaya İslam respublikasına qarşı tətbiq edilmiş sanksiyaların ləğv edilməsindən sonra ilk səfəridir.