» » Standard Chartered: Neft 75 dollaradək bahalaşacaq

Standard Chartered: Neft 75 dollaradək bahalaşacaq

Standard Chartered: Neft 75 dollaradək bahalaşacaq

Neft tədarükü 2016-cı ilin ikinci yarısında kəskin azala bilər.

Britaniyanın Standard Chartered bankı neftin 2016-cı ildə qiymətinin bir barel üçün 75 dollara qədər artacağını proqnozlaşdırır, MarketWatch məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, bankın baş iqtisadçısı Marios Marazeftis bu çıxarışın təklif və tələbin dinamikasına əsaslandığını izah edib.

Marazeftis hesab edir ki, neft tədarükü 2016-cı ilin ikinci yarısında kəskin azala bilər. Hazırda bazarda neftin bolluğu gündə təxminən 1 milyon barelə əsaslanır.

Standard Chartered 2016-cı ilin dördüncü rübündə neftin bir barel üçün qiyməti 70-75 dollara qədər artacağını gözləyir.

Marazeftis qeyd edir ki, bankın proqnozu, gələcək tədarükü gündə 400 min barel kimi qiymətləndirilən İranın neft bazarına qayıtması da nəzərə alır.

Bununla yanaşı yanvar ayının 12-də Standard Chartered neftin qiymətinin ucuzlaşmasına dair daha pessimist proqnoz vermişdi. Həmin vaxt neftin bir barelinin qiymətinin 10 dollara qədər ucuzlaşa biləcəyini bəyan etmişdi.