» » Dünyanın ən zəngin 50 adamının adı açıqlandı

Dünyanın ən zəngin 50 adamının adı açıqlandı

Dünyanın ən zəngin 50 adamının adı açıqlandı

Onların ümumi sərvəti 1,46 trilyon dollar təşkil edir.

Business Insider portalı dünyanın 50 ən zəngin adamının adını açıqlayıb.

ucarliyiq.biz xəbər verir ki, nəşrin Wealth-X portalı ilə birlikdə planetin 110 min ən zəngin insanının məlumat bazası yaradıb, və sonda onlardan 50-sini seçib. 

Reytinqə Microsoft şirkətinin təsisçisi 60 yaşlı Bill Qeyts başçılıq edir. Onun sərvəti 87,4 milyard məbləğində qiymətləndirilir. Ardınca 79 yaşlı ispaniyalı Amansio Orteqa gəlir - 66,8 milyard dollar. O, Inditex şirkətinin təsisçisidir. Şirkətin dünyanın 77 ölkəsində 5 minə yaxın mağazası var. İlk üçlüyü 85 yaşlı amerikalı Uorren Baffet bağlayır - 60,7 milyard dollar.

Nəşr bildirir ki, miyarderlər klubuna daxil olmaq üçün ən azı 14,3 milyard dollar sərvətə malik olmaq lazımdır. 58 yaşlı nigeriyalı Liko Danqote məhz bu məbləğdə sərvət ilə reytinqin sonuncu, 50-ci yerində qərarlaşıb.

Qeyd edək ki, dünyanın ən zəngin 50 insanın ümumi sərvəti 1,46 trilyon dollar təşkil edir. Bu məbləğ İspaniya, Avstraliya və Meksika kimi ölkələrin illik ÜDM-dən çoxdur.