» » Hindistanlı biznesmen toya 18 min dul qadını dəvət etdi

Hindistanlı biznesmen toya 18 min dul qadını dəvət etdi

Hindistanlı biznesmen toya 18 min dul qadını dəvət etdi

“Onların bayramda iştirakı pis əlamətdir”.

Hindistanın Mehsan şəhərindən olan biznesmen Djitendr Patel kiçik oğlu Ravinin toyuna 18 min dul qadını dəvət edib.

Bu barədə ucarliyiq.biz The Times of India-a istinadən xəbər verir.

Toy mərasimi Qucarat ştatının Ximmatnaqar şəhərinin Derol kəndində baş tutub. Bu kənd çoxsaylı qədim məbədlərlə məşhurdur. Daha çox Citubxai (Citunun dostu) kimi tanınan Patel bu hərəkətini inanclara son qoymaq üçün etdiyini bildirib.

“Mən, bütün qəlbimlə bu cütlüyə məhz cəmiyyət tərəfindən qəbul edilməyən dul qadınların xeyir-dua verməsini istəyirdim. Onların bayramda iştirakı pis əlamət sayılır - lakin bu yalnız inancdır”.

Biznesmen hər bir dul qadına yorğan və ağac tingi hədiyyə edib. 500 çox dul qadına isə Hindistanda müqəddəs sayılan inək hədiyyə olunub.

Qeyd edək ki, sati (özünü yandırma) mərasimi nə vaxtsa Hindistanda ən geniş yayılmış mərasimlərdən biri idi. Təsəlli tapmayan dul qadın (könüllü!) yanmaq üçün hazırlanmış dəfn yatağına öz ölmüş ərinin bədəninin yanında ona sarılaraq, onunla birlikdə diri-diri yanırdı.

Sati mərasimi Hindistanda bir neçə yüzil müddətində yaşadı, 1829-cu ildə ölkəni işğal etmiş britaniyalılar bundan sonra onu qanundan kənar elan etdilər. Düzdür, bu o qədər də çox kömək etmədi – çünki özünü yandırmalar bu günə kimi hələ də davam edir. Hərçənd baxmayaraq ki bu qanunu ən azı, iki dəfə 1956-da və 1981-ci ildə iki dəfə qadağan ediblər.

Həyya elə vaxtlar olurdu ki dul qadınlar tez-tez fikrini dəyişirdilər, belə ki onlara od çatan kimi və gün istisindən qaçmağa çalışırdılar. Ancaq bu ölkədə belə davranış ən qorxunc namussuzluq kimi sayılırdı, buna ölən insanın əzizlərləri və mərasim izləyiciləri qadını oda ataraq öz müqəddəs borclarını yerinə yetirirdilər. Bunun üçün xüsusi olaraq tədarük edilmiş bambuk çubuqlardan istifadə olunurdu. Ancaq nə vaxt ki, çubuqlarla problemi həll etmək mümkün olmurdu, onda qadınları bağlayırdılar.