» » Azər Qərib xaricə köçmək istəyənlərə üz tutdu: Siz orda heç kimə lazım deyilsiniz

Azər Qərib xaricə köçmək istəyənlərə üz tutdu: Siz orda heç kimə lazım deyilsiniz

Azər Qərib xaricə köçmək istəyənlərə üz tutdu: Siz orda heç kimə lazım deyilsiniz

“Avropa ölkələri yeni immiqrantları istəmirlər”.

Tanınmış səyyah-jurnalist Azər Qərib "Facebook" profili vasitəsilə izləyicilərinə müraciət edərək, xaricə köçmək istəyənlərə xəbərdarlıq edib.

ucarliyiq.biz-ın məlumatına görə, A.Qərib ilk olaraq qeyd edib ki, ünvanına daim gələn suallardan biri hansı ölkəyə köçmək məsləhətdir, necə getmək olar və sairədir.

“Bir izləyicim yazıb ki, bəs bizə 3 min dollara İsveçdə işləmək icazəsi təklif edirlər, inanaq ya yox”.

Bütün bunlarla bağlı A.Qərib izləyicilərinə xəbərdarlıq edib ki, bu sahədə kifayət qədər dələduz var, yalançı vədlər verirlər və pul alıb, insanları aldadırlar.

“Biri deyir, Portuqaliyada portağal yığmağa göndərə bilərəm, digəri deyir, Stokholmda kafelşik və santexnik lazımdır, düzüb qoşaram, və s. 

Hazırda Avropada elə bir ölkə yoxdur ki, fəhlə qüvvəsinə tələbatı o səviyyədə olsun ki, xaricdən işçi dəvət etsin! Yüz minlərlə qaçqınları olan Avropa ölkələri yeni immiqrantları istəmirlər. Əgər siz hansısa sahənin dahisi deyilsinizsə, sizə olan maraq sıfra bərabərdir.

Və bir şeyi anlamalısınız – xaricdə ən böyük problem status problemidir. Yəni, həmin ölkədə leqal qalmağa icazə verən sənəd.

Onu bilirəm ki, nağıllara inanmayın. Sizi heç kim heç yerdə gözləmir. Ələlxüsus, indiki zəmanədə. Düzdür, siz turistik viza alıb, gedib orada qaçqınlara qoşula bilərsiniz, amma reallıqları nəzərə almalısınız – bu həyat deyil.

Ola bilsin, bir müddət yardım alıb, düşərgələrdə yaşaya biləcəksiniz, amma nəticədə sizin sənədlərinizi yoxlayıb, geri göndərəcəklər, əmin ola bilərsiniz”.

A.Qərib bu məsələdə çox maraqlı bir məqama da toxunub.

“Televizora baxıb, lap elə mənim verilişlərimə, şəkillərimə baxıb, paylaşdığım təəsüratlarla tanış olub, yaxud, xaricdən gəzməkdən gələn yaxınlarınızın söhbətlərinə qulaq asıb qərar vermək yanlış bir addımdır!

Nə qədər ki siz turistsiniz, pul xərcləyirsiniz, sizin üzünüzə güləcəklər, Qərb həyatının bütün nailiyyətləri sizin ixtiyarınızda olacaq.

Amma siz immiqrant olan kimi, həyat sizə digər simasını göstərəcək və bu sima heç də mənim qlamur şəkillərimdə olan sima deyil. Tam məsuliyyətlə bir şeyi anlamalısınız, təkrarlayıram – sizi heç kim heç yerdə gözləmir və siz oralarda heç kimə lazım deyilsiniz”.