» » Türkiyədə 40-dan çox İŞİD silahlısı saxlanılıb

Türkiyədə 40-dan çox İŞİD silahlısı saxlanılıb

Türkiyədə 40-dan çox İŞİD silahlısı saxlanılıb

Onlar Türkiyədən Suriya ərazisinə keçmək istəyirdilər.

Türkiyə sərhədçiləri 22-si yetkinlik yaşına çatmamış 43 İŞİD silahlısını saxlayıb.

ucarliyiq.biz-ın NTV telekanalına istinadən məlumatına görə, saxlanılanlar Türkiyə ərazisindən Suriyaya keçmək istəyirdilər.

Telekanalın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata əsasən, hadisə sərhədçilərin ölkənin cənubundakı Kilis əyalətində sərhəd xəttini yoxlayarkən baş verib.

Saxlanılan şəxslərdən ilkin ifadələr alınıb, daha sonra  onlar jandarm komandanlığına təhvil veriliblər.