» » ÜST Zika virusu ilə əlaqədar iclas keçirəcək

ÜST Zika virusu ilə əlaqədar iclas keçirəcək

ÜST Zika virusu ilə əlaqədar iclas keçirəcək

“Xəstəlik “həyəcan təbili çalacaq ölçüyə” çatıb”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevral ayının 1-də Zika virusunun yayılması ilə əlaqədar fövqəladə hallar üzrə komitənin iclasını keçirəcək.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST İcra Komitəsinin Cenevrədə keçirilən iclasında təşkilatın baş direktoru Marqaret Çen bildirib.

O, vurğulayıb ki, xəstəlik “həyəcan təbili çalacaq ölçüyə” çatıb. Komitənin vəzifəsi, dünya ictimaiyyəti tərəfindən lazımi reaksiya səviyyəsini, eləcə də tədqiqat sahəsində prioritetləri müəyyənləşdirməkdir.

ÜST İcra Komitəsinin Zika ilə mübarizə üzrə xüsusi iclası virusun Qərb yarımkürəsində sürətlə yayılmasına görə gündəmə salınıb. Keçən ilin may ayında xəstəlik yalnız Braziliyada qeydə alınmışdı, indi isə yoluxma halları Yeni Dünyanın artıq 21 ölkəsində qeydə alınıb.

Bununla yanaşı, ÜST dünyada 3-4 milyon adamın xəstələnəcəyini də istisna etmir. ÜST bu həftənin əvvəlində virusu yayan – “Aedes aegypti” ağcaqanadının hazırda olmadığı Kanada və Çilinin bir hissəsini çıxmaqla xəstəliyin Şimali və Cənubi Amerikada geniş yayıla biləcəyinə dair xəbərdarlıq edib.