» » Total İrandan neft alır

Total İrandan neft alır

Total İrandan neft alır

Müqavilə imzalanıb.

Fransanın “Total” neft-qaz şirkəti xam neftin alışına dair İranın “NIOC” şirkəti ilə saziş imzalayıb.

İran Prezidenti Həsən Ruhaninin Paris səfəri zamanı açıqlama verən şirkətin icraçı direktor Patrik Puyanne “Xüsusilə Avropa və Fransadakı emalı zavodlarımız üçün İran nefti alacağıq. İranla sutkalıq 150-200 min barel arasında neftin alışını təmin edəcək saziş imzalayacağıq”, - deyib. 

Qeyd edək ki, Həsən Ruhaninin Avropa səfəri bu gün başa çatacaq.