» » Nazarbayevin qızı Azərbaycanda film çəkdi - FOTO + VİDEO

Nazarbayevin qızı Azərbaycanda film çəkdi - FOTO + VİDEO

Nazarbayevin qızı Azərbaycanda film çəkdi - FOTO + VİDEO

Filmin süjeti Qazaxıstan tarixinin 40 çətin ilini əhatə edir.

Qazaxıstanın Almatı vilayətində aclıqdan, İkinci Dünya müharibəsindən və məhbus düşərgəsindən keçən qazaxın taleyi barədə “Anaya aparan yol” bədii filminin çəkilişləri başa çatıb.

ucarliyiq.biz “Karavan”a istinadən xəbər verir ki, filmin baş prodüseri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayevadır.

Filmin süjeti XX əsr Qazaxıstan tarixinin 40 çətin ilini əhatə edir: kollektiv təsərrüfatların yaradılması, aclıq, İkinci Dünya müharibəsi və müharibədən sonrakı illər.

Ekran əsərinin çəkilişlərinə 2015-ci ilin fevral ayının ortalarında başlanıb. Əsas döyüş səhnələri Belarusda çəkilib. Filmin çəkiliş qrupu Azərbaycan və Türkiyədə də olub. 

“Dneprin alınması” döyüş səhnələrinə 500-dən çox insan, 300 ədəd döyüş silahı, peşəkar kaskadyorlar və pirotexnika cəlb olunub. Filmin çəkilişlərinə ümumilikdə 2 min nəfərdən çox adam cəlb edilib.