» » Rusiya qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsini hədəf götürdü

Rusiya qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsini hədəf götürdü

Rusiya qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsini hədəf götürdü

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Rusiyanın Hərbi hava qüvvələrinə məxsus Su-27 qırıcısı Qara dəniz üzərində Amerikanın RC-135U Combat kəşfiyyatçı təyyarəsini hədəf götürüb, TASS ABŞ-ın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, hadisə yanvar ayının 25-də beynəlxalq hava məkanında baş verib. Pentaqonda iddia edirlər ki, adi marşrut üzrə uçuş həyata keçirən RC-135U Rusiya qırıcısı tərəfindən təhlükəli və qeyri-peşəkar şəkildə hədəf götürülüb.

Eyni zamanda, The Washington Free Beacon nəşri iddia edir ki, Su-27 amerikan kəşfiyyatçısı ilə 6 metrə qədər məsafəyə yaxınlaşıb və bir müddət yan-yana uçub, daha sonra isə ani şəkildə istiqamətini dəyişib.

Hazırda Pentaqon hadisənin təfərrüatlarını müəyyənləşdirir. Rusiyanın Müdafiə Nazirliyində hələlik məlumata dair heç bir şərh verilməyib.