Rusiyada qripdən 107 nəfər ölüb

Rusiyada qripdən 107 nəfər ölüb

“Onlar həkimə gec müraciət ediblər”.

Yanvar ayının 27-nə olan məlumata görə, Rusiyada qripə yoluxduqdan sonra xəstəliyin ağırlaşması nəticəsində 107 nəfər ölüb.

ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəhbəri Veronika Skvortsova bildirib.

“Yanvar ayının 27-nə olan məlumata görə, ölənlərin sayı 107 nəfərdir. Onların arasında dörd hamilə qadın və səkkiz uşaq var. Onların heç birinə peyvənd edilməmişdi”, - nazir deyib.

Onun sözlərinə görə, ölüm hadisələri əsasən “donuz” qripi virusu ilə əlaqədardır.

“Bəli, bu, əsasən “donuz” qripidir. Ümumiyyətlə, müxtəlif regionlar üzrə “donuz” qripinin payı 75%-dən 95%-ə qədərdir”, - nazir bəyan edib.

Skvortsova qeyd edib ki, bütün ölənlər “bir qayda olaraq həkimə gec müraciət ediblər”.

“Bu ölümlər epidemioloji vəziyyət xətti keçildikdən sonra üç həftə ərzində baş verən ölüm hadisələridir, yəni yanvarın ikinci həftəsi üçün olan göstəricidir”, - o, izah edib.  

Nazir bu müddət ərzində ölkədə təxminən 4,5 min nəfərin miokarda infarktından, 6 min nəfərin insultdan və min nəfərin yol qəzalarında öldüyünü bildirib.

“Sözsüz ki, insan həyatı ən böyük dəyərdir, amma bu vəziyyəti qeyri-adekvat qiymətləndirmək olmaz. 2009-cu ildə “donuz” qripi epidemiyası zamanı 687 nəfər ölmüşdü”, - nazir bildirib.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Rəy əlavə et

*
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler