» » Rusiyaya türk malı daşıyan azərbaycanlı saxlanıldı

Rusiyaya türk malı daşıyan azərbaycanlı saxlanıldı

Rusiyaya türk malı daşıyan azərbaycanlı saxlanıldı

İş məhkəməyə göndərilib.

Soçi beynəlxalq aeroportunda yoxlama zamanı Azərbaycan vətəndaşı saxlanılıb. İstanbul-Soçi aviareysi ilə uçan şəxs özü ilə qanunla qadağan edilmiş mal keçirməyə cəhd edib. İki çantada 1154 parça nümunəsi olub.

ucarliyiq.biz “vesti-sochi.tv” saytına istinadən xəbər verir ki, sərnişin əvvəlcə onda bəyan edilməsi vacib olan hər hansı mal olmadığını bildirsə də, rentgen texnikasının köməyi ilə qeyri-qanuni malları aşkar etmək mümkün olub.

Sonra həmin şəxs menecer vəzifəsində çalışdığını və pərdə nümunələrini Krasnodardakı toxuculuq sərgisinə apardığını iddia edib. Mallar arasında əqli mülkiyyət siyahısına daxil olan GARDEN əmtəə nişanı olan 954 parça nümunəsi aşkar edilib.

Rusiya qanunvericiliyinə əsasən, rəsmi qeydiyyata alınmış əmtəə nişanlarından ancaq mülkiyyətçinin razılığı ilə istifadə etmək olar. Azərbaycan vətəndaşı isə mülkiyyətçi ilə heç bir müqavilə imzalamadığını bildirərək, icazə sənədini təqdim etməyib.

Parça nümunələri əmtəə nişanı sahibindən icazəsiz, qeyri-qanuni istifadə şübhəsi ilə müsadirə edilib və gömrük ekspertizasına göndərilib. Nəticədə malların qaçaqmal olduğu sübut edilib və üzərinə həbs qoyulub.

Həmin şəxsə qarşı 3 maddə üzrə cinayət işi açılıb və iş məhkəməyə göndərilib, Soçi gömrüyünün mətbuat xidməti məlumat yayıb.