» » Suriyada 109 Rusiya hərbçisi öldürülüb

Suriyada 109 Rusiya hərbçisi öldürülüb

Suriyada 109 Rusiya hərbçisi öldürülüb

Ölüm faktları dövlət sirri kimi məxfi saxlanılır.

Ötən il sentyabrın 30-dan indiyədək Suriyada 109 nəfər Rusiya hərbçisi öldürülüb.

ucarliyiq.biz-ın Anadolu Agentliyinə (AA) istinadən xəbərinə görə, bu barədə Suriya prezidenti Bəşər Əsədə yaxın mənbələrdən bildirilib. 

Məlumatda Əsədi dəstəkləmək üçün Suriyaya gedən Rusiya hərbçilərinin ölüm faktlarının dövlət sirri kimi məxfi saxlandığı qeyd olunub.

Bildirilir ki, Rusiyanın bütün sahələrdə yardım etməsinə baxmayaraq, Bəşər Əsəd nəzarət etdiyi ərazilərin miqyasını cüzi genişləndirməyə nail olub.