» » İtaliya şəhərində 28 il sonra ilk uşaq dünyaya gəldi

İtaliya şəhərində 28 il sonra ilk uşaq dünyaya gəldi

İtaliya şəhərində 28 il sonra ilk uşaq dünyaya gəldi

Bütün şəhər yeni sakinin dünyaya gəlişini qeyd edəcək.

İtaliyanın Ostana şəhərində 28 ildən sonra ilk uşaq dünyaya gəlib, “The Local” məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, yeni doğulan körpə sayəsində yaşayış məntəqəsinin sakinlərinin sayı 85-ə çatıb. Onlardan 41 nəfəri bütün ili Ostanada yaşayır.

“Burda kiminsə nəhayət ki, dünyaya gəlməsi gözəldir”, - şəhərin meri Cakamo Lombardo bildirib.

Onun sözlərinə görə, körpənin dünyaya gəlməsi yerli hakimiyyətin əhalinin sayının azalmasının geri istiqamətdə çevrilməsi cəhdləri “yavaş da olsa işləyir”.

Lambardo xatırladıb ki, 100 il əvvəl Ostana çiçəklənən dağ icması olub, burada min nəfər adam yaşayırdı. Müharibədən sonrakı illərdə əhalinin sayı 700 nəfərə çatdı və sürətlə azalmağa başladı. 1980-ci illərdə Ostanada daimi olaraq beş min nəfər yaşayırdı.  

Yaxın bazar günü şəhər yeni sakinin dünyaya gəlişini qeyd etmək niyyətindədir. Oğlanın valideynləri – ispaniyalı miqrant Hose Berduqo Valyelaqo və italiyalı Silviya Roveradır.