» » Zukerberq bir gün ərzində 6 milyard dollar varlandı

Zukerberq bir gün ərzində 6 milyard dollar varlandı

Zukerberq bir gün ərzində 6 milyard dollar varlandı

Yalnız beş nəfər Zukerberqdən varlıdır.

Bloomberg-in versiyasına görə, Facebook-un rəhbəri Mark Zukerberq bir günə dünyanın ən zəngin insanlarının reytinqində iki pillə irəliləyib və 6-cı yerə yüksəlib. Onun var-dövləti şirkətin hesabatının dərcindən sonra qəfil 6,2 milyard dollara qədər artıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, Bloomberg Facebook-un yaradıcısının sərvətini 47,6 milyard dollar məbləğində dəyərləndirib.

Reytinqdə Zukerberq, daha öncə altıncı pillədə olan Koch Industries həmtəsisçiləri Çarlz və Devid Koxları geridə qoyub, onlar indi yeddinci pillədədirlər.

Reytinqə əsasən, yalnız beş nəfər Zukerberqdən varlıdır. Bu, “Microsoft”un yaradıcısı Bill Geyts, “Inditex”in təsisçisi Amansio Orteqa, amerikalı investor Uorren Baffett, “Amazon”un rəhbəri Ceff Bezos və iş adamı Karlos Slimdir. Sonuncunun aktivləri bir il ərzində Bloomberg-in dəyərləndirməsinə görə, 4,5 milyard dollar azalıb.

Zukerberq 2016-cı ildə aktivlərinin dəyərini artırmağı bacaran dünyanın ən zənginləri arasında 20 adamdan biri olub.

Dünyanın ən zəngin 400 adamının bu gün üçün ümumi var-dövləti 3,7 trilyon dollar təşkil edir. 2015-ci ilin mayında isə bu rəqəm 4,3 trilyon dollara çatırdı.