» » Nazarbayev: Pulları bura gətir və biz səni bağışlayacağıq

Nazarbayev: Pulları bura gətir və biz səni bağışlayacağıq

Nazarbayev: Pulları bura gətir və biz səni bağışlayacağıq

“Sizin üçün yaxşıdırsa, xalq üçün də yaxşı olacaq”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Forbes”in ənlikli, kirşanlı milyarderlərinə müraciət edib, onları Qazaxıstana sərmayə yatırmağa çağırıb, ucarliyiq.biz Tengrinews-a istinadən xəbər verir.

“Qazaxıstan biznesin inkişafı üçün inanılmaz şərait yaradıb. Biz bir çox zəngin insanlar ərsəyə gətirmişik: onların içərisində milyarder, milyonerlər var. Şəkilləri “Forbes”i bəzəyir. Gözəl görünürlər, ənlikli, kirşanlı, gözəl geyimli. Amma bütün bu pulları sizə qazanmağa Qazaxıstan imkan yaradıb.

Qazaxıstan bizim ölkəmiz, vətənimizdir. Ona görə də bura sərmayə yatırın. Ofşorlar boş şeydi. Bu gün ofşor yoxdur. Qazaxıstan hüquqi yardıma dair bütün dövlətlər ilə müqavilələr bağlayıb”, - Nazarbayev “Nur Otan” partiyasının qurultayında bildirib.

Qazaxıstan prezidenti həmçinin kapitalın ölkəyə qaytarılmasına istiqamətlənmiş qanunverici dəyişiklikləri xatırladıb.

“Pulları bura gətir. Biz səni bağışlayacağıq. İlkin özəlləşdirmə, ilkin vəsait heç zaman təmiz, şəffaf olmayıb. Hər şey olub. Bütün dünyada belə olur. Ona görə də biz bağışlayırıq. Pulları gətirin. Biz hətta qanunvericiliyi dəyişmişik, vergi almırıq.

Əgər xaricdə evin varsa, qanuniləşdir ki, bu haqda bilək. Sonra səni axtaran olmasın, hüquq-mühafizə orqanları süründürməsin”, - Nazarbayev bildirib.

Prezident həmçinin biznesmenləri özəlləşdirmədə fəal iştirak etməyə çağırıb.

“Bu obyektləri alın, daha çox pul qazanın. Çünki siz pul qazandıqca qazaxıstanlılar üçün iş yeri açıb, Qazaxıstanda istehsalı artıracaqsınız. Sizin üçün yaxşıdırsa, xalq üçün də yaxşı olacaq, ölkədə sabitlik yaranacaq”, - Nazarbayev sözünü yekunlaşdırıb.

Daha öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan etmişdi ki, neftin qiymətlərini son həddə və ya bu həddə yaxındır, bu isə yaxşıdır.