» » Ərəb Əmirliyində benzin sudan ucuzdur

Ərəb Əmirliyində benzin sudan ucuzdur

Ərəb Əmirliyində benzin sudan ucuzdur

BƏƏ-də ərzaqların qiyməti isə əks dinamikanı nümayiş etdirir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) neftin qiymətinin ucuzlaşması ilə paralel artıq altıncı aydır ki, benzinin qiyməti də ucuzlaşır.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, yanvar ayının sonunda yanacağın qiymətinin növbəti dəfə ucuzlaşması ilə əlaqədar əmirliyin yanacaqdoldurma məntəqələrində benzinin qiyməti sudan ucuz olub.

BƏƏ-nin Energetika Nazirliyindən bəyan ediblər ki, Spechial kateqoriyalı baza yanacağının bir litri bundan sonra təxminən 40 sent olacaq, altı ay bundan öncə qiymət 50 sentdən ibarət idi. Bunun fonunda BƏƏ-də ərzaqların qiyməti isə əks dinamikanı nümayiş etdirərək əmirliyin sakinlərini benzinin qiymətinin ucuzlaşması sevincini kölgə altına salır.

Belə ki, bir litr qazlı su benzindəni iki dəfə bahadır, eyni həcmdə mineral su isə beş-səkkiz dəfə bahadır. Belə vəziyyət əmirliyin hakimiyyətini sosial əhəmiyyətli ərzaqlara bir qiymət tətbiq etmək məcburiyyətində qoyur.