» » Rusiya Alparslan Çeliki axtarır

Rusiya Alparslan Çeliki axtarır

Rusiya Alparslan Çeliki axtarır

Onun saxlanılması Suriya ordusunun əsas məqsədlərindən biri olub.

Rusiyanın hava-kosmik qüvvələri və Suriya ordusu Türkiyənin hərbi hava qüvvələri tərəfindən vurulan Su-24-ün təyyarəçisini öldürən Alparslan Çeliyi hədəf alıb, The Independent məlumat yayıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, nəşrin məlumatına görə, Çeliyin Latakiyada saxlanılması Suriya ordusunun əsas məqsədlərindən biri olub. Nəticədə bir neçə əsas yaşayış məntəqəsi, o cümlədən də yaraqlının gizləndiyi ehtimal edilən Ər-Rabina zəbt edilib.

Yanvar ayının 28-də Çelik İstanbulda Milli hərəkat partiyasının rayon şöbəsinin rəhbərləri İbrahim Küçüyün dəfnində peyda olub. Jurnalistlərə “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə aparmaq üçün Suriyaya qayıdacağını bildirib.

2015-ci ilin noyabr ayının 24-də Türkiyə qırıcıları Suriyada terrorçulara qarşı mübarizəyə cəlb edilmiş Rusiyaya məxsus Su-24 təyyarəsinə hücum ediblər.

Pilot Oleq Peşkov və şturman Konstantin Muraxtin katapulta ediblər, amma ekipaj komandiri yerdən açılan atəş nəticəsində öldürülüb, şturman xilas edilib. Tezliklə Çeliyin döyüşçüləri ilə bərabər atəş açdığını bəyan etdiyi video yayılıb.