» » ABŞ-da ilk dəfə satışa kökəlmiş Barbi gəlinciyi çıxarılıb – FOTO

ABŞ-da ilk dəfə satışa kökəlmiş Barbi gəlinciyi çıxarılıb – FOTO

ABŞ-da ilk dəfə satışa kökəlmiş Barbi gəlinciyi çıxarılıb – FOTO

“Biz qızlar qarşısında məsuliyyət daşıyırıq”.

Bütün dünyada Barbi gəlinciyinin istehsalçısı olan Amerika şirkəti Mattel gəlincikləri boy və bədən quruluşuna görə bir-birindən seçilən dörd növ gəlincik istehsal edəcək.   

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəsmi nümayəndələri bildirib.

Standart gəlinciklərdən hündür, miniatür və kökəlmiş Barbi də olacaq. Onların hər biri üçün 7 dəri rəngi, 22 göz rəngi, 24 növ saç düzümü nəzərdə tutulub.

Hələlik yeni gəlincikləri yalnız internet vasitəsilə sifariş etmək olar. Mağazalarda onlar yaxın aylarda peyda olacaq. Matteli uzun müddət inanılmaz dərəcədə qamətli olan Barbilərin qızlarda öz xarici görünüşünə dair şübhə yaratdığı üçün tənqid edirdilər.

Şirkətin vitse-prezidenti Evelin Matsokonun sözlərinə görə, yeni gəlinciklər, yeni xətdir, bu xətt uşaqların ətrafda gördükləri dünyaya müvafiqdir.

“Biz hesab edirik ki, qızların qarşısında məsuliyyət daşıyırıq və gözəlliyə daha geniş baxışı əks etdirməliyik”, - vitse-prezident vurğulayıb. 

ABŞ-da ilk dəfə satışa kökəlmiş Barbi gəlinciyi çıxarılıb – FOTO

ABŞ-da ilk dəfə satışa kökəlmiş Barbi gəlinciyi çıxarılıb – FOTO