» » Putin növbəti prezidenlik müddəti barədə qərara gəlməyib

Putin növbəti prezidenlik müddəti barədə qərara gəlməyib

Putin növbəti prezidenlik müddəti barədə qərara gəlməyib

“Ləkələmə kampaniyası artıq işinə başlayıb”.

Kreml ABŞ-ın Maliyyə Nazirliyinin və Ağ evin Rusiya prezidentinin ünvanına işlətdiyi təhqiredici ifadələrə reaksiya verərək, bunu 2018-ci ildə Rusiyada baş tutacaq prezident seçkilərinə hazırlıq və hələlik bu seçkilərə qatılıb-qatılmayacağı ilə bağlı hələ qərarını bildirməyən Vladimir Putinə qarşı ləkələmə kampaniyasının başlanğıcı adlandırıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun fikrincə, ABŞ Rusiyada hələ iki il sonra baş tutacaq seçkilərlə bağlı artıq hazırlıqlara başlayıb. Bununla əlaqədar hazırkı dövlət başçısına qarşı neqativ fikir yaradılır, bu gələcək kampaniyanın gedişatına təsir üçün istifadə ediləcək.

Peskov onu da əlavə edib ki, Putin 2018-ci il prezident seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı hələ qərar qəbul etməyib, amma ona qarşı ləkələmə kampaniyası artıq başlayıb.

Mətbuat katibinin sözlərinə görə, Putin onun ünvanına deyilən ifadələrlə tanış olub və onları dözülməz və yolverilməz hesab edir.  

Qeyd edək ki, bu həftə antirusiya sanksiyaları hazırlayan ABŞ Maliyyə nazirinin nümayəndəsi Adam Şubin Putini “korrupsiyanın təcəssümü” adlandırmışdı.