» » Eldar Əliyev Mariinski teatrının baş baletmeystri oldu

Eldar Əliyev Mariinski teatrının baş baletmeystri oldu

Eldar Əliyev Mariinski teatrının baş baletmeystri oldu

O, Bakı xoreoqrafiya məktəbini bitirib.

Valeri Gergiyev Mariinski teatrının Promorsk balet truppasının rəhbərlərinin adını açıqlayıb: truppanın baş baletmeystri Eldar Əliyev, rəhbəri isə Aleksandr Kurkov olub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Mariinski teatrının mətbuat xidmətindən bildiriblər.

Eldar Əliyev Bakı xoreoqrafiya məktəbini və Vaqanova adına Rus Balet Akademiyasının pedaqoji şöbəsini bitirib. 1979-1992-ci illərdə Kirovsk (Mariinski) teatrının aparıcı solisti olub. 1992-ci ildən ABŞ-da Ballet Internationale truppasında çalışıb, daha sonra bu kollektivin bədii rəhbəri olub.

E.Əliyev Praqada, Seulda, Nyu-Yorkda Pekində beynəlxalq balet artistlərinin müsabiqəsində münsiflər heyətinin tərkibinə daxildir. 2014-cü ildə Varnada ХХVI Beynəlxalq balet aktyorları müsabiqəsinin münsiflər heyətinə sədr müavini seçilib.