» » LUKOİL İranda bir sıra hasilat layihələrində iştiraka dair razılıq əldə edib

LUKOİL İranda bir sıra hasilat layihələrində iştiraka dair razılıq əldə edib

LUKOİL İranda bir sıra hasilat layihələrində iştiraka dair razılıq əldə edib

“Neft ticarəti ilə bağlı məsələlər də müzakirə edilib”

LUKOİL-un rəhbəri Vahid Ələkbərov keçən həftə İranda səfərdə olub və şirkətin bu ölkədə  bir neçə hasilat layihələrində mümkün iştirakı barədə razılığa gəlib. Səfərdə mübadilə əməliyyatlarının müzakirə edildiyi də istisna olunmur.

ucarliyiq.biz xəbər verir ki, bu barədə jurnalistlərə RF Energetika Nazirliyinin rəhbəri Anatoli Yanovski bildirib.

“Mən bilirəm ki, keçən həftə Aleksandrov İranda olub. Onlar LUKOİL-un bir neçə hasilat layihəsində mümkün iştitakına dair razılığa gəliblər”,  - Yanovski deyib.

Keçən həftə, yanvar ayının 24-də İranın “Press TV” kanalı İran Milli Neft Şirkətinin (NİOC) neft yataqlarını kəşfiyyatı şöbəsinin rəhbəri Hörmoz Kalavanda istinadən İran və LUİKOİL-un karbohidrat yataqlarının axtarışı üzrə 6 milyard dollar məbləğində saziş bağladıqlarına dair məlumat yayıb. Bu məlumata dair LUKOİL şərh və təsdiq verməyib.

Yanovski jurnalistlərlə söhbətdə LUKOİL-un İran ilə neft satışı, eləcə də mübadilə əməliyyatlarının müzakirə edildiyini də istisna etmir.

“Neft satışı üzrə məsələlər də müzakirə edilib. Düşünürəm ki,  mübadilə əməliyyatları da müzakirə edilib, çünki LUKOİL-un Xəzərdə və Xəzərə çıxış ilə Volqada NEZ hasil etdiyi nefti var, ona görə də çox güman ki, mübadilə əməliyyatları da müzakirə edilib. Yəni Rusiya nefti İrana, şimala çıxarıla bilərdi, İran isə bunun qarşılığında İran körfəzində LUKOİL-a və ya digərlərinə müvafiq neft həcmini tədarük edə bilərdi”, - nazir müavini ehtimal edib.