» » “Air Canada”nın təyyarəsi təcili eniş etdi

“Air Canada”nın təyyarəsi təcili eniş etdi

“Air Canada”nın təyyarəsi təcili eniş etdi

Sərnişinlər oksigen maskalarını geyinməli olublar.

“Air Canada” şirkətinin Nyu-Yorkdan Vankuverə uçan "Airbus A319" təyyarəsi Torontoda təcili eniş etməli olub, ucarliyiq.biz xəbər verir.

Sərnişinlərdən birinin verdiyi məlumata görə, uçuş zamanı 10,9 km hündürlükdə salonun hermetikliyinin pozulması baş verib.

Sərnişinlər, təyyarə təhlükəsiz hündürlüyə enənə qədər oksigen maskalarını geyinməli olublar.

Təyyarə yerli vaxt ilə cümə günü 19.57-də (Bakı vaxtı ilə 4.57, şənbə günü) yerə enib.