» » ABŞ-ın iri neft şirkəti 13 ildə ilk dəfə zərər edib

ABŞ-ın iri neft şirkəti 13 ildə ilk dəfə zərər edib

ABŞ-ın iri neft şirkəti 13 ildə ilk dəfə zərər edib

Şirkətin CEO-su açıqlama verib.

ABŞ-ın iri neft şirkətlərindən olan “Chevron” 2002-ci ildən bu yana ilk dəfə zərər edib. 

ucarliyiq.biz Bloomberg-ə istinadən xəbər verir ki, şirkət buna səbəb kimi neftin qiymətlərində baş verən tənəzzülü göstərib. 

Şirkət 2015-ci ilin 4-cü rübündə 588 milyon dollar zərər edib. Aksiyalarda hər səhmə görə 0,31 dollar zərər qeydə alınıb. 2014-cü ilin anoloji dövründə isə şirkət nominal olaraq, 3,5 milyard dollar və ya aksiyalarda hər səhmə görə 1,85 dollar mənfəət açıqlamışdı.

Bloombergin analtik qrupunun hesablamalarına görə isə 2015-ci ilin 4-cü rübündə aksiyalarda hər səhmə görə 0,47 dollar mənfəət proqnozlaşdırılıb.

İlin başlanğıcından isə şirkətin səhmləri 5% dəyər itirib.

Şirkətin CEO-su John Watson etdiyi açıqlamada “Neftin qiymətlərinin aşağı olduğu bir dövrdə, mənfəət və nağd pulun axınını artırmaq üçün təşəbbüs göstəririk” deyib.