» » Polşa Şərq Tərəfdaşlığının uğursuz olduğunu elan etdi

Polşa Şərq Tərəfdaşlığının uğursuz olduğunu elan etdi

Polşa Şərq Tərəfdaşlığının uğursuz olduğunu elan etdi

“Biz bu konsepsiyanı yanlış kimi kənara qoyduq”.

Avropa İttifaqı vasitəsilə uğurlu Şərq siyasətinin yürütməyin mümkünlüyünə dair fikirlər əfsanədir.

ucarliyiq.biz “Radio Polşa”ya istiandən xəbər verir ki, bu barədə Polşanın XİN rəhbəri Vitold Vaşikovski Seymdə müxalifətçi deputatların sual və şərhlərinə cavab verərkən bildirib.

Vaşikovskinin fikrincə, Şərq Tərəfdaşlığı yüksək qiymətə layiq deyil. Belə ki, proqram bura daxil olan ölkələrə - Ukrayna, Belarus, Moldova, Ermənistan, Gürcüstan və Azərbaycana Avropa İttifaqına daxil olma şansını vermirdi.

Siyasətçinin fikrincə, proqrama görə, adı çəkilən ölkələr yalnız Rusiya və Aİ arasında bufer rolunu oynayırdı.

“Biz bu konsepsiyanı yanlış kimi kənara qoyduq.  Şərq Tərəfdaşlığı bu ölkələr üçün Avropa İttifaqında üzvlük perspektivləri deyil, yalnız illüziya yaradırdı. “Vətəndaş platforması” partiyasının əvvəlki hökuməti tərəfindən qəbul edilən siyasət faciə ilə sonlandı, belə ki, Avromaydan onu sual altında qoydu”, - siyasətçi bəyan edib.

Polşa diplomatiyasının rəhbəri vurğulayıb ki, Kiyevdə insanlar 2013-cü ildə Aİ-nin bir hissəsi olmaq üçün Maydana çıxdı.

“Ona görə də proqramı uğurlu adlandırmaq olmaz, onalar (ukraynalılar) məhz tərəfdaşlığı şübhə altında qoydular və üzv olmaq istədilər”, - Vaşikovski bildirib.