» » Ermənistan və İran yeni nəqliyyat dəhlizi yaradır

Ermənistan və İran yeni nəqliyyat dəhlizi yaradır

Ermənistan və İran yeni nəqliyyat dəhlizi yaradır

Onların hesablamalarına görə, bu yol daha ucuz başa gələcək.

Tehranda Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan ilə yeni beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına dair razlıq əldə eidlib. Bu dəhliz Hindistanı İran, Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya birləşdirəcək.

ucarliyiq.biz xəbər verir ki, “Azadlıq radiosu”nun yerli bürosuna açıqlamasında qeyd edib ki, onların hesablamalarına görə, bu yol Azərbaycan və Türkiyədən keçən yola nisbətən daha ucuz olacaq.

“İrandan keçməklə Avropa və Rusiyaya daşınacaq bütün yüklər Erasxa magistral yolla, oradan Potiyə qatarla, oradan Avropaya isə bərə ilə çatdırılacaq”, - nazir deyib.

Onun sözlərinə görə, bu layihənin həyata keçməsi üçün bu il Şimal-Cənub avtomagistralının Sünik və Vayodzor hissəsinin tikintisinə başlanılacaq. Yolun bu hissələri isə Gürcüstanın Qara dəniz limanı ilə dəmiryol xətti olan Erasx stansiyasına birləşəcək.

Qaqik Beqlaryan təxminən bir həftə öncə Tehranda olub. Səfər zamanı o, İranın birinci vitse-prezidenti Əsgər Cahangiri və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.