» » Braziliyada keçiriləcək Olimpiadanın büdcəsi açıqlandı

Braziliyada keçiriləcək Olimpiadanın büdcəsi açıqlandı

Braziliyada keçiriləcək Olimpiadanın büdcəsi açıqlandı

APO məlumat yayıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqust ayında keçiriləcək Olimpiadanın büdcəsi 39,1 milyard realdan (9,75 milyard dollar) ibarət olacaq. 

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu məlumatları keçiriləcək yarışlarla əlaqədar məslələrin koordinasiyası üçün federal, regionla və bələdiyyə hakimiyyəti tərəfindən yaradılmış orqan - Dövlət Olimpiya rəhbərliyi (APO) cümə günü yayıb.  

Xərclərin 2015-ci ilin avqust ayında təqdim edilmiş əvvəlki smetası ilə müqayisədə yarışların büdcəsi 400 milyon real (100 min dollara yaxın) artıb.

APO-nun məlumatına görə, ümumi məbləğin 60%-i özəl investisiyaların payına düşür. Bununla yanaşı, Braziliya hökuməti yarışların keçirilməsi üçün müraciət zamanı oyunların büdcəsi 28,8 milyard realdan (7,2 milyard dollar) ibarət olacaq.

Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə Londonda keçirilən Olimpiada təşkilatçılara 16,3 milyard dollara başa gəlib.