» » Türkiyə sahillərində daha bir gəmi faciəsi: 33 ölü

Türkiyə sahillərində daha bir gəmi faciəsi: 33 ölü

Türkiyə sahillərində daha bir gəmi faciəsi: 33 ölü

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Türkiyənin Çanaqqala bölgəsindən Yunanıstanın Midilli adasına keçmək istəyən qaçqınların qayığının batması nəticəsində 5-i uşaq olmaqla 33 nəfərin meyiti çıxarılıb.

ucarliyiq.biz xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 75 nəfəri xilas edib. 

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.