» » İsveçdə 100-ə yaxın maskalı şəxs miqrantlara hücum edib – VİDEO

İsveçdə 100-ə yaxın maskalı şəxs miqrantlara hücum edib – VİDEO

İsveçdə 100-ə yaxın maskalı şəxs miqrantlara hücum edib – VİDEO

İnsident meydanda baş verib.

Yanvarın 29-u axşam saatlarında İsveçin paytaxtı Stokholmda sağçı fəallar qaçqınların əleyhinə olan vərəqlər paylayıblar, The Local xəbər verir.

ucarliyiq.biz “Komsomolskaya Pravda”ya  istinadən xəbər verir ki, həmin gün axşam yüzə yaxın maskalı şəxs miqrantlara hücum edib.

İnsident Serqelstorq meydanında baş verib. Polis hələ ki, neçə nəfərin xəsarət aldığı barədə məlumat verməyib. Şahidlərin sözlərinə görə, maskalı şəxslər ərəb ölkələrindən olan insanları döyüblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanlardan üçü futbol klublarından birinin fanatıdır. Bu gün səhər onlar sərbəst buraxılıblar.