» » NATO Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir

NATO Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir

NATO Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir

Rusiya bütün lazımi tədbirləri görməlidir.

Türkiyə hakimiyyətinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya təyyarəsi yanvarın 29-da Türkiyənin hava məkanını pozub.

ucarliyiq.biz «Интерфакс»a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberqin bəyanatında deyilir. 

«Mən Rusiyanı məsuliyyətli hərəkət etməyə və NATO-nun hava məkanına tam hörmətlə yanaşmağa çağırıram. Rusiya bütün lazımi tədbirləri görməlidir ki, belə pozuntular təkrar olmasın»,- Şimali Atlantika alyansı başçısının NATO-nun Brüsseldəki mənzil-qərargahının bu gün yaydığı bəyanatında deyilir.

Stoltenberqin sözlərinə görə, əvvəlki hadisələr  belə davranışın nə qədər təhlükəli olduğunu göstərdi. 

O vurğulayıb ki, NATO Ankara ilə həmrəydir və «müttəfiqimizin – Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir»