» » Moskvada yanğında 9 nəfər ölüb

Moskvada yanğında 9 nəfər ölüb

Moskvada yanğında 9 nəfər ölüb

Ölənlər Orta Asiya respublikalarının vətəndaşlarıdır.

Moskvanın şərqində yerləşən tikiş müəssisəsində baş vermiş güclü yanğın nəticəsində 9 nəfər ölüb. 

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə ölkənin  fövqəladə xidmətindən məlumat verilib.

İlkin məlumata əsasən, ölən şəxslər Orta Asiya respublikalarının vətəndaşlarıdır.    
 
Məlumata görə, müəssisənin 500 kv.m sahəsini əhatə etmiş yanğın gecə 01.55-də  söndürülüb. Yanğının söndürülməsinə ümumilikdə 123 yanğınsöndürəndən ibarət 38 briqada cəlb olunub.   
 
İlkin məlumata görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq və odla ehtiyyatsız davranma olub.