» » Ərdoğan Putinlə görüşmək istəyir

Ərdoğan Putinlə görüşmək istəyir

Ərdoğan Putinlə görüşmək istəyir

“Dünən hava məkanımız Rusiyaya məxsus təyyarə tərəfindən pozulub”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Su-34” təyyarəsi ilə bağlı baş vermiş insidentdən sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib. 

ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Ərdoğan ötən gün axşam jurnalistlərə bildirib.  
 
“Dünən hava məkanımız Rusiyaya məxsus təyyarə tərəfindən pozulub. Böhranın daha da dərinləşməsinə hesablanmış bu cür məsuliyyətsiz addımlar nə Rusiyaya, nə NATO-Rusiya münasibətlərinə, nə də ki regional və qlobal aləmə lazım deyil, onlar yalnız zərər gətirir. Dünən bu fikirlər Rusiyanın Ankaradakı səfirinə çatdırılıb. Mən, həmçinin, XİN rəhbərinin müavinindən Rusiya tərəfi ilə əlaqə saxlayaraq hörmətli Vladinir Putinlə şəxsən danışmaq istədiyimi bildirməsini xahiş etdim. Səfirimizin məlumatına görə, Rusiya tərəfi bu barədə məlumatlandırılıb, lakin hələ cavab almamışıq”, - Ərdoğan bildirib.  
 
Qeyd edək ki, Türkiyə XİN-i Rusiyaya məxsus “SU-34” qırıcı təyyarəsinin  Türkiyə hava məkanını pozduğunu bəyan edib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.