» » Pentaqon: Rusiya təyyarəsi Türkiyənin hava məkanını pozub

Pentaqon: Rusiya təyyarəsi Türkiyənin hava məkanını pozub

Pentaqon: Rusiya təyyarəsi Türkiyənin hava məkanını pozub

Mark Rayt bəyanat verib.

Pentaqon Rusiyanın döyüş təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair Ankaranın bəyanatını təsdiqləyib. 

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Mark Rayt RİA “Novosti” agentliyinə bildirib.

Xatırladaq ki, yanvarın 29-da Türkiyə Rusiyaya məxsus “Su-24” təyyarəsinin ölkənin hava məkanını pozmaqda ittiham edib.

Bununla əlaqədar, Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb, və ona xəbərdarlıq edilib.

Rusiyanın Müdafiə Nazirliyi “SU-34” təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edib.