» » Sloveniyada ölkə tarixində ən böyük yol qəzası baş verib

Sloveniyada ölkə tarixində ən böyük yol qəzası baş verib

Sloveniyada ölkə tarixində ən böyük yol qəzası baş verib

Ölən və yaralananlar var.

Sloveniyada maqistral yolda 70-dən çox avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, daha 33 nəfər yaralanıb, ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir.

Paytaxt Lyublyana ilə Adriatik dənizin sahilini birləşdirən yolda zəncirvari qəza zamanı 66 minik avtomobili, 4 yük maşını və bir avtobus toqquşub.

Hadisə şənbə günü baş verib, lakin xəsarət alanların təxliyyəsi və yolun əzilmiş avtomobillərdən təmizlənməsi gecə yarısına qədər davam edib.

Polis qəzaya səbəb kimi havanın dumanlı olmasını göstərib.